» » "O çəkilsə, "Kösəm Sultan"ı izləməyəcəyik"

"O çəkilsə, "Kösəm Sultan"ı izləməyəcəyik"

"O çəkilsə, "Kösəm Sultan"ı izləməyəcəyik"
"O çəkilsə, "Kösəm Sultan"ı izləməyəcəyik" Aktrisa Beren Saatın sosial şəbəkədə şəhid xəbərləri haqda heç bir şey yazmaması izləyicilərini əsəbiləşdirib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə,minlərlə fanatı olan aktrisaya "Kösəm Sultanda çəkilməsin" etirazları gəlib. Ölkədə baş verən bir çox hadisəyə sosial mediada reaksiya bildirən B.Saatın bu dəfə səssiz qalması ona qarşı tənqiləri çoxaldıb.

İnstaqramda aktrisanın səhifəsində yüzlərlə adam bu haqda şərh yazıb:

"Bu qadın çəkilərsə, serialı izləmərik".
"Sərf sən oynayacaqsan deyə, bu serialı izləməyəcəyəm".
"Vətən xainlərinə güzəşt etməyəcəyik, "Kösəm Sultan"ı izləməyəcəyik".

Bəzi təqibçilər isə serialı çəkən "Tims Productions"a zəng edərək Saatın çəkilməməsi üçün təzyiqlər ediblər.