» » Cennifer günü-gündən arıqlayır

Cennifer günü-gündən arıqlayır

Cennifer günü-gündən arıqlayır
Cennifer günü-gündən arıqlayır Hollivud ulduzu Cennifer Eniston Nyu-York küçələrində paparassilərin fotokamerasına tuş gəlib.

Axşam.ax-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, aktrisanın hədsiz arıqlaması diqqət çəkib. Eniston eyni zamanda şərflə üzünü bağlayıb, fotolarının çəkilməsini istəməyib.

Bir neçə gün əvvəl Cenniferin hamiləlik xəbəri yayılmışdı. Həmin gündən paparassilər aktrisanın çimərlik geyimində fotosunu çəkmək üçün onu addım-addım izləyir. Aktrisa hamiləlik xəbərinin zarafat olduğunu açıqlasa da, yaxınları onun həqiqət olduğunu bildirib.

Yaxın rəfiqələrindən biri Enistonla bağlı mediaya gizli açıqlama verib. O, aktrisanın stressli günlər yaşadığını, heç nə yemədiyini və günü-gündən arıqladığını deyib. Mənbə bildirib ki, əsəbləri korlanan Cennifer hər kəslə dava edir.

Cennifer günü-gündən arıqlayır