» » Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış

Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış

Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış
Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış

Tarkan, Murat Boz, Gülşen, Nilufer kimi məşhurların kliplərini çəkən rejissor Murad Küçükün yaşadığı evdən tapılanlar təəccüblə qarşılanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, polis rejissorun evində qanunsuz heyvanların saxlanıldığı barədə xəbər alaraq ora basqın edib.

Nəticədə evin hər tərəfindən vəhşi təbiətdə yaşayan heyvanlar tapılıb. Heyvanların ticarət üçün nəzərdə tutulmadığı, sənədsiz olaraq kolleksiya və böyütmək məqsədilə saxlanıldığı sübut edilib. Evdə ticarəti qadağan olan və ölkəyə qeyri-qanuni yollarla gətirilən şahin, atmaca quşları, Geko cinsindən kərtəngələ, ilan, tarantula, bayquş, gəlincik, piton, buqələmun və başqa heyvanların olduğu aşkarlanıb. Tapılan canlılar heyvanat parkına təhvil verilib.

M.Küçük isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış

Tanınmış rejissor evində vəhşi heyvanlar saxlayırmış