» » Sevilən ulduzlar yeni seriallarla dönürlər

Sevilən ulduzlar yeni seriallarla dönürlər

Sevilən ulduzlar yeni seriallarla dönürlər
Sevilən ulduzlar yeni seriallarla dönürlər

Türkiyədə yay ekranlarındakı romantik seriallar bitəndən sonra yeni mövsümdə rəqabət yenidən qızışacaq.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ekranlarda görünməyən bəzi ulduzlar yeni seriallarla tamaşaçı qarşısına çıxacaqlar.

"Ay Yapım" uzun zamandır üzərində işlədiyi layihənin əsas qəhrəmanı kimi Kıvanç Tatlıtuğu seçmişdi. Bu yaxınlarda isə onun tərəf müqabilinin Tuba Büyüküstün olduğu açıqlanıb. Əgər heç bir problem olmadan müqavilə bağlanarsa yeni mövsümün ən iddialı serialı "Siyah Beyaz" (ilkin ad olaraq açıqlanıb) olacaq.

Sevilən ulduzlar yeni seriallarla dönürlər


Bergüzar Korel və Halit Ergençi ilk dəfə bir yerdə "Min bir gecə" serialında izləmişdik. Ondan sonra ayrı-ayrılıqda da böyük uğurlar qazanan cütlük "Vatan Haini" serialında həyatlarında olduğu kimi tərəf müqabili olacaqlar. H.Ergenç Cevdet Yüzbaşı, Korel isə Cevdetin həyat yoldaşı Azize rolunda olacaq. Serial payızda Kanal D-də başlayacaq.

Sevilən ulduzlar yeni seriallarla dönürlər


"Medcezir"lə birlikdə məşhurlaşan Çğatay Ulusoy "Delibal" filmi üçün ekranlara fasilə verdikdən sonra yeni serialla qayıdır. Yenə də "Ay Yapım"ın layihəsi olan ekran işində Çağatayla birgə Aras Bulut İynemli olacaq.

Sevilən ulduzlar yeni seriallarla dönürlər