» » Məşhur müğənni 61 gün oruc tutacaq

Məşhur müğənni 61 gün oruc tutacaq

Məşhur müğənni 61 gün oruc tutacaq

Türkiyəli müğənni Mustafa Ceceli bir anlıq hirslənərək yazdığı şərhlərə görə orucunu pozduğunu və Həcc ziyarətindən sonra 61 gün oruc tutacağını bildirib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə musiqiçi sosial mediada xəbər verib.


Məşhur müğənni 61 gün oruc tutacaq


"Ramazanın son günləri dönüb geri baxdım və gördüm ki, böhtan atanlara təhqirlə cavab verdiyim üçün orucum pozulub. 61 gün oruc tutacam", - deyə Mustafa Ceceli açıqlama verib.



Bir müddət əvvəl müğənni ona "oruc tutmur" deyənlərə sərt reaksiya verib. "Şərəfsizin biri 5 yaşlı oğlumun yeməyini qoyub mənə oruc tutmur deyir. Səni Allaha tapşırıram, soysuz. Yazdım, başa düşmədiniz, bir dəfə də yazıram. Belələrinə heyvan demək heyvanları təhqir etməkdir. Mən Allah qarşısında cavab verə bilərəm. Amma mənə şər atanlar cəhənnəmin qonağı olacaq", - deyə müğənni sosial şəbəkədə bəzi istifadəçilərin cavabını sərt şəkildə verib.


Məşhur müğənni 61 gün oruc tutacaq