» » İzləyiciləri ilə ağır danışdığı üçün 61 gün oruc tutacaq

İzləyiciləri ilə ağır danışdığı üçün 61 gün oruc tutacaq

İzləyiciləri ilə ağır danışdığı üçün 61 gün oruc tutacaq
İzləyiciləri ilə ağır danışdığı üçün 61 gün oruc tutacaq

Haqqında “Oruc tutmur” iddiaları ortaya atıldığı üçün izləyicilərinə sərt ismarış göndərən müğənni Mustafa Ceceli maraqlı açıqlama edib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu cür ifadə tərzinə görə orucunun pozulduğunu və 61 gün oruc tutacağını qeyd edib. İfaçının bu sözləri izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Mustafa Ceceli ona şər atan izləyicinə əsəbiləşərək “Bir şərəfsiz 5 yaşlı oğlumun yeməyini qoyub mənim oruc tutmadığımı iddia edib. Allah cəzanı versin, soysuz. Yazdım, anlamadınız, bir daha yazım, bunlara heyvan demək heyvanlara təhqidir. Mən üzüağ Allaha hesabımı verərəm, amma böhtan atanlar sonsuza qədər cəhənnəm çuxurunun qonağıdır. Gözünüz dönüb, qansızlar” yazmışdı.

Daha sonra o, Tvitterdə yazaraq üzr istəmişdi:

“Sevgili dostlar, dünən yazdığım yazını öz üstünə götürənlər olub, onlardan üzr istəyirəm. Sonra oxuyanda mən də bu üslubu özümə yaraşdırmadım. Hacı Bektaş Velinin “İncinsən də, incitmə” sözü mənə dərs olsun. Sevgiylə…”