» » Çağla Emreden üzr istədi: “Aramızı vura bilməzlər”

Çağla Emreden üzr istədi: “Aramızı vura bilməzlər”

Çağla Emreden üzr istədi: “Aramızı vura bilməzlər”
Çağla Emreden üzr istədi: “Aramızı vura bilməzlər”

Bodrumda tətil edən Çağla Şikelin "Emrenin mahnılarına qulaq asmıram. Sadəcə, uşaqlar istəyəndə qoyuram" deməsi qınaq obyektinə çevrilmişdi.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Çağla sözlərinin səhv anlaşıldığını deyib.

Səhər saatlarında qəzetlərə çıxan xəbəri görən model keçmiş həyat yoldaşına zəng edib ondan üzr istəyib. Şikel Bodrumda qarşılaşdığı jurnalistlərdən gileylənərək bunları vurğulayıb: Mən mahnılarının hamısını dinləmirəm demək istəmişdim. Özüm də ondan üzr istəmişəm. Emrəylə mənim aramızı heç kim vura bilməz”

Qeyd edək ki, bütün bu söz-söhbətlərin yaranmasının səbəbi E.Altuğun 3 ay əvvəl təqdim etdiyi "Çıta" adlı albomdakı "Dokunduğun Gibi" adlı mahnını Çağla üçün yazdığını söyləməsi olmuşdu.