» » Məşhur İranlı rejissor vəfat etdi

Məşhur İranlı rejissor vəfat etdi

Məşhur İranlı rejissor vəfat etdi

Dünyaca məşhur İran əsilli və Qızıl Palma mükafatı sahibi rejissor Abbas Kiarostami dünyasını dəyişib. Fransaya müalicə almaq üçün yollanan Kiarostami 76 yaşında həyata gözlərini yumub.



ucarliyiq.biz-in "The Guardian" elektron nəşrinə istinadən verdiyi məlumata görə, kino xadimi mədə xərçəngindən əziyyət çəkib. Rejissor xərçəng diaqnozu qoyulduğu 2016-cı ilin mart ayından etibarən mütəmadi olaraq Fransada müalicə alıb. Abbas Kiarostami ilə birgə Fransaya onun yaxın dostu və həmkarı Əsgər Fərhadi də yollanıb. Fərhadinin dediyinə görə, Abbas vəfatından öncə çox məyus və umimi şok halında idi. "O təkcə rejissor deyildi, o, müasir filmdə və şəxsi həaytında çox müəmmalı biri olub", - deyən Oskarlı rejissor Əsgər Fərhadi çox sarsıldığını gizlətməyib.


"O, çoxlarına yol açıb və insanlara böyük təsir edə bilib. Onun ölümüylə təksə sənət aləmi deyil, bütün dünya dahi bir şəxsiyyəti itirdi".

İranlı rejissor Möhsün Maxmalbaf bütün ölkələrdə bu itki ilə bağlı dərin üzüntünün olduğunu bildirib. Yalnız Kiarostaminin vətənində bu xəbərin soyuq qarşılandığını vurğulayıb.


#Kiarostami was great from the start ... here's 10-minute debut short from 1970 called BREAD AND ALLEY, a pure gem https://t.co/2D25TjIGEW

— Victor Morton (@vjmfilms) July 4, 2016