» » Amerikanın 240 yaşı tamam olur

Amerikanın 240 yaşı tamam olur

Amerikanın 240 yaşı tamam olur

Dünyanın fövqəldövləti - Amerika Birləşmiş Ştatları müstəqilliyinin 240 illiyini bayram edir. Vaşinqtonda bu dəfə keçirilən bayram təntənələrini ANS-in Birləşmiş Ştatlardaki xüsusi müxbiri Qənirə Ataşova izləyib.



240 il bundan əvvəl cərəyan edən hadisələr sonda ölkənin Böyük Britaniyadan müstəqilliyini elan etməsi ilə nəticələnib. Amerikada ştatların sayı iki əsr ərzində Qərbə doğru genişlənmə, müharibələr və pulla ərazi almaq hesabına artaraq 13 ştatdan 50 ştata çatıb. Havay ştatı 1959-cu ildə bu ittifaqın sonuncu bərabərhüquqlu üzvü olub.



İndi o tarixdən Amerikalıları 240 il ayırır. Elə o zamandan hər il Amerikalılar 4 iyul tarixində bayram tədbirlərinə qatılırlar.



Hər il iyulun 4-də binaların üzərində yüz milyonlarla ABŞ bayrağı dalğalanır.



Dünyanın aparıcı dövləti olan Birləşmiş Ştatlar daha bir il qocaldı.