» » Bu filmlər milyardlar qazandırdı

Bu filmlər milyardlar qazandırdı

Bu filmlər milyardlar qazandırdı

Məşhur aktrisa Skarlet Yohansson qadınlar arasında Hollivudun ən çox gəlir gətirən aktrisası seçilib. ucarliyiq.biz-in məlumatına görə,  Yohanssonun iştirak etdiyi 37 film Amerika kirayəsində 3,3 milyard dollar qazandırıb. Bu barədə "Box Office Mojo" saytı məlumat yayıb. Skarlet Yohanssonın ən çox qazananlar siyahısında 10-cu yerdədir.  



Qadınlar arasında ən çox gəlir gətirən ikinci aktrisa isə Kameron Diaz olub. O, ümumi siyahının 19-cu yerində qərarlaşıb.



Hollivudun ən çox gəlir gətirən kişi aktyorlar arasında isə Harison Ford zirvədə dayanır. Onun iştirak etdiyi 41 film 4,9 milyard dollar qazandırıb.


Bu filmlər milyardlar qazandırdı

Bu filmlər milyardlar qazandırdı

Hollivudun ən çox gəlir gətirənləri siyahısı - ilk onluq. 



1. Harison Ford (4.9 milyard dollar)

2. Samuel El Cekson (4.6 milyard dollar)

3. Morqan Friman  (4.4 milyard dollar)

4. Tom Xenks  (4.3 milyard dollar )

5. Robert Dauni (3.9 milyard dollar )

6. Edi Merfi  (3.8 milyard dollar)

7. Tom Kruz  (3.6 milyard)

8. Coni Dep  (3.4 milyard dollar)

9. Maykl Keyn (3.3 milyard dollar )

10. Skarlet Yohansson (3.3 milyard dollar )