» » Mustafa xoşbəxt evliliyin sirrini açıqladı

Mustafa xoşbəxt evliliyin sirrini açıqladı

Mustafa xoşbəxt evliliyin sirrini açıqladı
Mustafa xoşbəxt evliliyin sirrini açıqladı

“Her şey aşktan” sinqlı ilə yaya damğasını vurmağa hazırlaşan müğənni Mustafa Sandal xoşbəxt evliliyin sirlərindən danışıb.

Ucarliyiq.biz xarici Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 ildir evli olan və 2 uşaq atası olan Sandal hər şeyin səmimiyyət üzərində qurulduğunu deyib:

“Bir-birinizlə səmimisinizsə və həyat yoldaşınıza hörmət qoyursunuzsa, münasibətin davam etməməsi üçün heç bir səbəb yoxdur. Əlbəttə, bizim evdə də kiçik problemlər olur, amma çalışırıq ki, zamanında yoluna qoyaq. Çünki yetkin insanlar qarşısındakını dinləyər, səhvini görər və dərhal həll edər. Mühüm olan qarşındakını dinləməkdir. Bir-birimizə hər zaman qulaq asırıq”