» » Bu paylaşıma görə İnstaqram onu blok etdi - foto

Bu paylaşıma görə İnstaqram onu blok etdi - foto

Bu paylaşıma görə İnstaqram onu blok etdi - foto
Bu paylaşıma görə İnstaqram onu blok etdi - foto

Supermodel Naomi Kempbell dünən İnstaqramda çılpaq fotosunu paylaşıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, o, bu foto ilə #FreeTheNipple kampaniyasına dəstək olmaq istəyib. Bu kampaniya İnstaqramın qadınların sinəsinin şəklini paylaşmağı qadağan etməsinə qarşıdır. Məşhurlar körpəsinə süd verən bir qadının fotosunun silinməsindən sonra bu kampaniyaya dəstək olublar. Onlar bildirir ki, kişilərə bu qaydada fotoya icazə varsa, qadınlar üçün də olmalıdır.

Naominin fotosundan sonra İnstaqram onu blok edib. Saytın adminstrator heyəti bunu belə izah edir:

"Biz bilirik ki, incəsənət adamları kreativ fotolar paylaşa bilər. Amma biz çılpaq fotoları uyğun hesab etmirik. Bəzi istisnalara görə qadağalarımızı götürə bilmərik".

Qeyd edək ki, #FreeTheNipple heşteqi ilə başlayan kampaniyaya Madonna, Mayli Sayrus və Rihanna da dəstək olub.

Bu paylaşıma görə İnstaqram onu blok etdi - foto