» » "Homoseksual olduğumu gizlətmirdim" - foto

"Homoseksual olduğumu gizlətmirdim" - foto

"Homoseksual olduğumu gizlətmirdim" - foto
"Homoseksual olduğumu gizlətmirdim" - foto

ABŞ-lı yazar, musiqiçi və müğənni Barri Manilou son dəfə səhnəyə çıxıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, 42 il əvvəl təqdim etdiyi "Mandy" adlı mahnısı ilə tanınan Manilou vida konsertindən sonra maraqlı etiraf edib. O, ailəsi və evliliyi haqda danışıb. Hazırda meneceri və həmcinsi Qarri Kief ilə yaşayan müğənni onunla evlənməsinin insanları təəccübləndirdiyini deyib:

"Homoseksual olduğumu gizlətmirdim. Sadəcə məşhurluqla bağlı problemlərim çoxalmasın deyə, şəxsi həyatımı gizli saxlayırdım. Hər şeyi insanlarla paylaşmaq istəmirdim. Fanatlarıma sevgimi musiqimi paylaşmaqla cavab verdim və bu, kifayətdir. Amma evimə gedib qapıları bağladığım zaman şəxsi həyatım başlayır".

Manlou karyerasının başlanğıcında 2-3 aylıq evliliyini belə şərh edib:

"O zaman fərqli idi. İnsanlar homoseksuallara qarşı o qədər açıq deyildi. Ona görə bir qadınla evlənmişdim. Təbii ki, davam edə bilməzdi".

"Homoseksual olduğumu gizlətmirdim" - foto