» » Hülya Avşardan nümunəvi davranış - foto

Hülya Avşardan nümunəvi davranış - foto

Hülya Avşardan nümunəvi davranış - foto
Hülya Avşardan nümunəvi davranış - foto

Aktrisa Hülya Avşar tətil etdiyi məkanda bir vətəndaşın köməyinə çatıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, uşaqlarıyla istirahətdə olan bir qadın dəhşətli mədə ağrıları ilə aptekə gedib. O, hər şey qiymətə daxil olduğu üçün otelə gələrkən üstündə sadəcə 10 lirə götürüb. Qadın aptekdə satıcıya "üstümdə sadəcə 10 lirə var. Bu qədər pula ala biləcəyim mədə dərmanı var?" desə də, ən ucuz mədə dərmanının 26 lirə olduğu söylənilib.

Həmin an orada olan Hülya Avşar iki uşaq anasına "siz ehtiyacınız olan dərmanı alın, mən ödəyərəm" deyib. Qadın Hülyanın köməyini qəbul etdikdən sonra "Hülya xanımın üzü qədər qəlbi də gözəl" deyib.

H.Avşar qadının qızlarıyla foto da çəkdirib.

Hülya Avşardan nümunəvi davranış - foto