» » Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə yığdı

Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə yığdı

Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə yığdı

Hindistanın məşhur aktyoru Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə dəvət edib. ucarliyiq.biz-in məlumatına görə, Bollivudun super ulduzu Şahruk Xan Ramazan bayramını Mumbay şəhərində yerləşən evində qeyd edib.

Məlumata görə, aktyor bayram əhval-ruhiyyəsini paylaşmaq üçün evinə jurnalistləri də dəvət edib. Ulduz qısa brifinqdə hamının bayramını təbrik edib və gələcək layihələri barədə danışıb.

O, avqust ayının sonunda rejissor İmtiyaz Əlinin yeni filminin çəkilişlərinə qatılacağını bildirib. Adını açıqlamadığı filmdə aktyor məşhur hind aktrisası Anuşka Şarma ilə tərəf müqabili olacaq.  
Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə yığdı
Jurnalistlərə verilən açıqlamadan sonra Xan 3 yaşlı oğlu Abramla bir yerdə evi qarşısına toplaşan fanat ordusunu salamlayıb.