» » Miranda Kerr özündən 7 yaş kiçik milyarderlə nişanlanır

Miranda Kerr özündən 7 yaş kiçik milyarderlə nişanlanır

Miranda Kerr özündən 7 yaş kiçik milyarderlə nişanlanır
Miranda Kerr özündən 7 yaş kiçik milyarderlə nişanlanır

33 yaşlı avstraliyalı model Miranda Kerr 26 yaşlı milyarder sevgilisi Evan Şpigellə nişanlanmağa hazırlaşır.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün xoşbəxt olduğu və böyük sevgi yaşadığı deyilir. Sevgililərin nişan tarixi açıqlanmasa da, artıq nikah masasına oturmağı planlaşdırırlar.

Qeyd edək ki, Kerr və sevgilisi 2014-cü ildə Nyu-Yorkda “Louis Vuitton” əyləncə gecəsində tanış olublar. Keçən ilin noyabrında Kerr sevgilisi haqqında danışaraq onun çox xeyirxah, tərbiyəli və səmimi olduğunu deyib. Əgər cütlük evlənərsə, bu, Mirandanın ikinci, Evanın isə birinci evliliyi olacaq.