» » Tarkan gecikmiş bal ayında

Tarkan gecikmiş bal ayında

Tarkan gecikmiş bal ayında

Türkiyənin meqastarı Tarkan gecikmiş baş ayına çıxıb. ucarliyiq.biz-in məlumatına görə, müğənni may ayında ailə qurduğu Pınar Dileklə istirahət üçün elə də uzağa getməyib. Cütülük öz vətənində - Türkiyədə istirahətə başlayıb. 
Tarkan gecikmiş bal ayında


Müğənni lüks yaxta il Egey dənizi turuna çıxıb. İstanbulda nikah, Berlində toy edən Tarkan və Dilek vaxt azlığı üzündən may ayında bal ayına çıxa bilməmişdi. 

Bal ayına çıxan cütülük yaxta ilə yunan adalarına da gediblər. Orada üç gün qaldıqdan sonra Marmarisə qayıdıb. Cütlük öz yaxtalarında paparatsilərin obyektivlərinə tuş gəlib. 

Axşam saatlarında yaxtadan çıxan cütlük şəhərdə şam ediblər. 

Məlumata görə, cütlük Marmarisdən sonra Antalyaya gedəcək. Burada isə Tarkan həm istirahət edəcək, həm də "EXPO 2016" çərcivəsində konsert verəcək.
Tarkan gecikmiş bal ayında