» » Azərbaycanın əməkdar artisti intim şəkillərindən danışdı

Azərbaycanın əməkdar artisti intim şəkillərindən danışdı

Azərbaycanın əməkdar artisti intim şəkillərindən danışdı

"Mən polisə heç bir şikayət ərizəsi ilə müraciət etməmişəm". Bunu ucarliyiq.biz-ə açıqlamasında Azərbaycanın Əməkdar artisti Mehriban Xanlarova deyib. Aktrisa intim şəkilləri ilə şantaj edilməsi barədə yayılan məlumatları şərh edib. 

O, bu barədə informasiyanın həqiqətə uyğun olmadığını deyib və xəbəri təkzib edib. Aktrisa barəsində qeyri-dəqiq informasiya yazanları məhkəmə ilə hədələyib. 

"Mənim daşım ağırdır. Heç bir şikayətim yoxdur. Yalan söhbətdir. O xəbəri yayan adamı polisə verəcəyəm. Onların nə ixtiyarı var ki, əllərində sübut olmadan, mənə zəng etmədən belə xəbər yazırlar. Bəzilərinə reytinq lazımdır. Yalandan xəbərlər yazırlar ki, saytları oxunsun".
Yerli mətbuatda yayılan məlumatda qeyd edilir ki, M.Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib. İfaçı şikayət ərizəsində bir nəfərin onu şantaj etdiyini bildirib.

İddiaya görə, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib. Həmin şəxsin M.Xanlarovadan 500 manat pul tələb etdiyi bildirilir.