» » Məşhur kinorejissorla son görüş

Məşhur kinorejissorla son görüş

Məşhur kinorejissorla son görüş

Bu gün tanınmış iranlı kinorejissor Abbas Kiarostami ilə vida mərasimi keçiriləcək.

ucarliyiq.biz-in məlumatına görə, kinorejissor iyulun 5-də 76 yaşında dünyasında dəyişib. Kiarostami uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.

O, indiyə qədər 40-dan çox film çəkib və nüfuzlu kinomükafatlar qazanıb. Onun 1997-ci ildə ekranlaşdırdığı “Albalının dadı” filmi Kann film festivalının “Qızıl Palma” mükafatına layiq görülüb.
Məşhur kinorejissorla son görüş


Kiarostami “Qızıl Palma” mükafatına layiq görülən yeganə iranlı rejissordur. Onun “Albalının dadı” filmi İranda dünyəvi və dini baxışları təhlil edir.

Abbas Kiarostami 1940-cı ildə Tehran şəhərində anadan olub. Tehran Universitetində rəssamlığı öyrənən Kiarostami qrafik dizaynla maraqlanıb, 1969-cu ildən İran Televiziyası üçün reklam çarxları çəkməyə başlayıb.

1970-ci ildən bu yana kino sahəsində işləyən Kiarostami qısametrajlı və sənədli filmlər də daxil olmaqla 40-dan çox ekran əsəri. Xüsusilə "Koker Trilogiyası", "Albalı dadı" və "Külək bizi sovuracaq" filmləri ilə öz üzərinə diqqət toplayıb.
Məşhur kinorejissorla son görüş


1969-cu ildə Pərvin Əmir-Qoli ilə ailə həyatı quran Kiarostami 1982-ci ildə ondan boşanıb. Bu evlilikdən Əhməd və Bəhmən adlarında iki oğlu dünyaya gəlib. Bəhmən Kiarostami də 15 yaşında "Səyyahlar ölkəsinə səyahət" adlı sənədli filmi ilə rejissorluğa başlayıb.

Abbas Kiarostami 1979-ci il İslam İnqilabından sonra ölkəni tərk edərək Qərb ölkələrinə gedən bir çox rejissorlardan fərqli olaraq İranda qalmağı üstün tutan az sayda rejissorlardandır.

Özü də bunun karyerasında verdiyi ən mühüm qərarlardan biri olduğuna və İranda yaşamağın və milli kimliyinin rejissor olaraq bacarığını möhkəmləndirdiyinə inanıb.

Kiarostami gözlərinin işığa qarşı həssas olması səbəbi ilə adətən tünd rəngli eynək və ya günəş eynəyi taxır. Rejissor 2000-ci ildə San Fransisko Film Festivalında ona verilən və ömürlük uğur mənasını daşıyan "Akira Kurosava" Mükafatını İran kinosuna verdiyi töhfələrə görə iranlı aktyor Bəhruz Vüsuqiyə verməklə hər kəsi təəccübləndirib.