» » Dünyaca mıəşhur iranlı rejissor dəfn edildi

Dünyaca mıəşhur iranlı rejissor dəfn edildi

Dünyaca mıəşhur iranlı rejissor dəfn edildi

5 gün əvvəl Fransada vəfat edən məşhur iranlı rejissor Abbas Kiarostami bu gün doğma vətənində dəfn edilib. ANS TV-nin məlumatına görə, Tehranın mərkəzində yerləşən uşaqlar və gənclər uçun təlim mərkəzində rejissorla vida mərasimi təşkil olunub. Vida mərasimində müxtəlif ictimaiyyət nümayəndələri, aktyorlar, aktrisalar, sənətkarlar, rəssamlar, bir sözlə rejissorun yaradıcılığını sevən hər kəs iştirak edib.
Dünyaca mıəşhur iranlı rejissor dəfn edildi


Mərasimdə Kiarostaminin yaxın dostları və əməkdaşları o cümlədən  2012-ci ildə "Oskar" mukafatına layiq görülmüş ilk iranlı rejissor, Əsgər Fərhadi mərhumun xidmətlərindən danışıblar.

Kiarostami vəsiyyətinə əsasən Tehran yaxınlğında yerləşən Ləvasanda torpağa tapşırılıb.

“Koker Trilogiyası”, “Albalı dadı” və “Külək bizi sovuracaq” kimi məşhur filmlərin müəllifi olan rejissor “Albalı dadı” filminə görə 1997-ci ildə Kann festivalının “Qızıl palma” mükafatını qazanıb. O, festival tarixində bu mükafatı alan ilk iranlı idi. 

1940-cı ildə Tehranda anadan olan Abbas Kiarostami 40-dan çox ekran əsərinin müəllifi olub.