» » Məşhur cazibədar müğənni Bakıda ağır xəstələndi

Məşhur cazibədar müğənni Bakıda ağır xəstələndi

Məşhur cazibədar müğənni Bakıda ağır xəstələndi

İyulun 9-da Rusiyanın məşhur müğənnisi Polina Qaqarina oğlu Andreylə Bakıya gəlib.

ucarliyiq.biz-in məlumatına görə, Qaqarina Xəzərin sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalında iki dəfə - 9 və 10 iyulda çıxış etməli idi. Lakin bu alınmayıb.
Məşhur cazibədar müğənni Bakıda ağır xəstələndi


İyulun 9-da Qaqarina oğlu ilə qırmızı xalıdan keçdikdən sonra açıqlamalar verib.

“Hər şey əladır. Əhval-ruhiyyəm superdir. Bakı şəhəri mənim və oğlumun çox xoşuna gəldi”, - müğənni deyib.

Amma iyulun 10-da Polina Qaqarina gecə çıxış etmək üçün məşqə gələ bilməyib. Oğlunu Bakıda gəzdirdikdən sonra məşhur müğənni xəstələnib. Məlum olub ki, Qaqarina soyuqlayıb və o, hətta qaldığı hoteldə yataqdan belə dura bilməyib. Ev şəraitində müğənninin müalicəsi davam edir.

Bəzi Rusiya kütləvi informasiya vasitələri tələsərək xəbər yaydılar ki, Qaqarina hamilədir.

Buna baxmayaraq konsert tam sürətlə davam edib.
Məşhur cazibədar müğənni Bakıda ağır xəstələndi
“İsti günlər” Festivalının təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın qonaqlarını Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər.

“İsti günlər” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.