» » Emin etiraf etdi - "Qəlbim doludur"

Emin etiraf etdi - "Qəlbim doludur"

Emin etiraf etdi - "Qəlbim doludur"

"Mən hələ uşaq olanda Bakıda iki otaqlı mənzilimiz vardı. Atamın banan rəngli "Moskviç 412" avtomobilini isə anam idarə edirdi. O demək olar ki, Bakıda avtomobil sürən ilk qadın idi. Ondan hətta yanacaqdoldurma məntəqələrində pul da götürmürdülər, sadəcə get deyirdilər. Çox yaxşı günlər idi".
Emin etiraf etdi - "Qəlbim doludur"


ucarliyiq.biz-in məlumatına görə, bu sözləri məşhur müğənni Emin Ağalarov Xəzər dənizinin sahilində, keçirilən "İsti günlər" - "JARA" Beynəlxalq Musiqi Festivalı zamanı "HELLO" jurnalına müsahibəsində belə deyib. O, həyatı, ailəsi ilə bağlı bir çox maraqlı məqamları da açıqlayıb. 

Bakı haqqında xatirələrini bölüşən müğənni doğulduğu şəhəri çox sevdiyini və Bakının yaxşı mənada xeyli dəyişdiyini qeyd edib.
Emin etiraf etdi - "Qəlbim doludur"
Eminin "ofis- iş- qastrollar. Belə gərgin qrafikdə uşaqlarınızla görüşə bilirsiniz? Onları özünüzlə səfərə aparırsınızmı?" sualına cavabı belə olub: 

"Alınanda aparıram. Əli və Mikayılın artıq 7 yaşı var. Onlarla səfər etmək asanlaşıb. Yeri gəlmişkən bir müddət öncə biz Leyla ilə (Leyla Əliyeva əkizləin anası) onları bir-birindən ayırdıq. Əli və Əminə Leyla ilə Londonda qaldı, Mika isə (Mikayıl) mənimlə Moskvaya gəldi. Təcrübə uğurlu oldu. Uşaqlar artıq vərdiş ediblər ki, onlar iki nəfərdirlər və valideynin diqqəti bölünməlidir. Belə isə yenilik oldu. Mika iki həftə daima mənimlə oldu, mənimlə durdu, ofisə, tikintiyə, məşqə, konsertə getdi. Bizim belə gərgin qrafikimiz var idi. Biz birlikdə RU.TV -nin tədbirinə də getdik v o orada kumiri olan Serqey Lazarevlə görüşdü. Foto çəkib onu qardaşına göndərdi: "Bax, paxıllıq et: Mən Lazarevləyəm".
Emin etiraf etdi - "Qəlbim doludur"
Əli isə heç əhvalını pozmadan "Mika sən heç narahat olma, anam məni Ronaldo ilə tanış etməyə söz verib"cavabını verdi" - deyə müğənni bildirib. 
Emin etiraf etdi - "Qəlbim doludur"
Daha sonra Emin İnstaqram səhifəsində model Alina Qavrilova ilə birlikdə çəkilmiş fotosoundan da danışıb. Sosial şəbəkədə geniş müzakirələrə səbəb olan fotoya yazılan şərhlərin onu narahat etmədiyni qeyd edib.
Emin etiraf etdi - "Qəlbim doludur"
"Bilirsiniz mən o şəxslərdən deyiləm ki, bu şöhrətin məni bezdirdiyini söyləyim. Əgər yorulmuşamsa həmişə getmək mümükündür. Mən hesab edirəm ki, bu aşkarlıq böyük üstünlükdür. İnsanları mənim işim, musiqilərim, hətta şəxsi həyatım belə maraqlandırır. Mənfi reaksiyalar qaçılmazdır.

Əlbəttə mənim bəzi fanatlarımın həyatımda başqa bir qadının olması faktı xoşuna gəlməyəcək. Hazırda yenə də mənim həyatımda kiminsə olub olmaması haqqında soruşsalar mən yenə açıq şəkildə cavab verəcəyəm. Hazırda mənim ürəyim doludur"- deyən müğənni gülümsəyərək şəxsi həyatı haqqında açıqlama verib. 
Emin etiraf etdi - "Qəlbim doludur"
Qeyd edək ki, gənc müğənni və bəstəkarın model Alina Qavrilova ilə birlikdə olduğu deyilir.