» » "Kurtlar Vadisi Pusu"nun yeni ünvanı

"Kurtlar Vadisi Pusu"nun yeni ünvanı

"Kurtlar Vadisi Pusu"nun yeni ünvanı

Türkiyənin məşhur serialı "Kurtlar Vadisi Pusu" yeni kanalla razılaşıb. Serial yeni mövsümdən yeni kanalında yayımlanacaq.

ucarliyiq.biz-in məlumtına görə, "Kanal D"də yayımını dayandıran serial yeni mövsüm üçün "Show TV" ilə razılaşıb. Serial adıçəkilən kanalla daha öncə də əməkdaşlıq edib. 
"Kurtlar Vadisi Pusu"nun yeni ünvanı


Ötən həftə Türkiyə mediyasında yayılan xəbərlərə görə, reytinqlər yüksək olmadığı üçün serialın qazancı da azalıb. Bu isə pul çatışmazlığı deməkdir. 

İkinci problem isə yeni kanalla bağlı olub. "Kurtlar Vadisi"nin mövsüm finalı hələ olmamışdan öncə yeni yayım dönəmində yenidən "Kanal D"də ekrana gələcəyi gündəmə gəlmişdi. Ancaq bu məsələ ilə bağlı ciddi bir böhranın olduğu ortaya çıxıb. Kanal ilə “Pana Film” müqaviləni yeniləməmişdi. 
Watch video!"Kurtlar Vadisi" serialının efir həyatı 2003-cü ildən başlayıb. Serial Türkiyədəki mafiya fəaliyyətləri və dövlət-mafiya əlaqələri əsasında çəkilib. Azərbaycan tamaşaçısı serialla ANS-də tanış olub. 

Dünya gündəmində olan bir sıra siyasi proseslər də serialda öz əksini tapır. Serial yayıma başlayandan dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda böyük tamaşaçı kütləsi qazanıb.