» » "Gecələr gizlicə ağlayıram"

"Gecələr gizlicə ağlayıram"

"Gecələr gizlicə ağlayıram"
"Gecələr gizlicə ağlayıram" Ötən ay 8 illik aktyor həyat yoldaşı Hakan Eratikdən boşanan müğənni Yeşim Salkım yaşadığı çətin günlərdən danışıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramlardan birinə qonaq olan sənətçi xoşbəxt olmadığını uşaqlarına göstərmək istəmədiyini və gecələr gizlicə ağladığını etiraf edib:

“Avtodayanacaqdan çıxarkən belə maşına mindiyim andan musiqinin səsini yüksəldib, ağlamağa başlayıram. Bununla da içimdəki zəhəri axıdıram”.

Y.Salkım H.Eratikin boşandıqdan sonra sarışın qızla görüntülənməsi barədə isə bunları deyib:

“O qızda baxılacaq bir şey görmədim. Elələrindən küçədə çoxdur. Hakan sonra mənə mesaj yazdı. Həmin gecə təsadüfən o qızın yanından keçdiyini, səhv başa düşməməyimi deyirdi. Mən də ona açıqlama vermək məcburiyyətində olmadığını söylədim. O şəkli görəndə heç də pis olmadım”.