» » Ceyda Atəş üsyan etdi: “Bu mənim həyatımdır”

Ceyda Atəş üsyan etdi: “Bu mənim həyatımdır”

Ceyda Atəş üsyan etdi: “Bu mənim həyatımdır”
Ceyda Atəş üsyan etdi: “Bu mənim həyatımdır”

Sevgilisi Buğra Toplusoyla birlikdə Amerika tətilinə yollanan aktrisa Ceyda Ateş şəxsi həyatı ilə bağlı davamlı olaraq gündəmə gəlməsindən narahat olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hər kəsi öz həyatı ilə məşğul olmağa səsləyib:

“Anlamağınız diləyiylə ...
Bəli, uşaqlığımdan bəri bu sektorun içindəyəm. Məni az qala hamınız tanıyırsınız, mənim həyatım haqqında çoxunuzun məlumatı var. Hamısını çox yaxşı bilirəm, amma sizin bilmədiyiniz, bəlkə də əhəmiyyət vermədiyiniz bir şey var: Bu, mənim həyatımdır ...Mənim qərarlarım, mənim yollarım... Hamısı yalnız mənə aiddir, zəhmət olmasa, hörmət edin.
Sizin həyatımı maqazin vəsaiti etmə istəyinizi anlamağa çalışıram, amma alınmır. Bizim sektorda hər şey göz qarşısındadır, amma şəxsi həyatımız yox, iş həyatımızda. Əminəm ki, mənə qatılan yüzlərlə, hətta minlərlə insan var.
Sizdən xahişim odur ki, yalnız işlərimə şərh verəsiniz”.