» » İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır

İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır

İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır
İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır “Arsenal”ın ulduz futbolçusu Məsud Özillə eşq yaşamağa başlayan “Türkiyə gözəli” Əminə Gülşə Avropada böyük maraqla qarşılanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, rusiyalı model İrina Şeykə bənzərliyi ilə tanınan model-aktrisaya İngiltərə və Almaniyadan reklam təklifləri yağır.

Əminə ilə Məsudun paparassilər tərəfindən kafelərdən birində çəkilmiş fotoları Qərb mediasında yayımlandıqdan sonra “Türkiyə gözəli” böyük diqqət çəkib. Almaniyanın bir sıra qəzet və jurnalları məşhur firmaların Ə.Gülşəni “əldən buraxmamağa” çalışdıqlarını yazıb.

Qəzetlərdən biri hətta “İrina Şeykə milyonlar vermək istəməyən firmalar gözünü Məsudun sevgilisi Əminəyə dikib” kimi iddialar irəli sürüb.

Qeyd edək ki, İsveçdə anadan olan Əminə Gülşə 2014-cü ildə “Türkiyə gözəli” seçilib.

İrina Şeykə bənzəyən modelə reklam təklifi yağır