» » Məşhur cütlük hər kəsin gözü önündə dava etdi

Məşhur cütlük hər kəsin gözü önündə dava etdi

Məşhur cütlük hər kəsin gözü önündə dava etdi

Məşhur Hollivud aktrisası Lindsi Lohan rus nişanlısı Eqor Tarabasovla gözü qarşısında dava edib. Ürəyi soyumayan aktrisa Tarabasovun mobil telefonunu dənizə atıb. Bundan hiddətlənən Tarabasovun anası oğlundan münasibətləri barədə ciddi fikirləşməyi tələb edib.

ucarliyiq.biz-in məlumatına görə, aktrisanın özündən çıxmasına səbəb sevgilisinin telefonundan başqa qadından mesaj tapması olub. Cütlük arasında qalmaqal Yunanıstanda istirahət mərkəzlərindən birində yaşanıb.
Məşhur cütlük hər kəsin gözü önündə dava etdi


Aktrisa ətrafdakı insanların çox olmasına hətta gələcək qaynanasına belə əhəmiyyət vermədən Tarabasovun üstünə qışqırmağa başlayıb. Tarabasov da heçdə sakit qalmayaraq bir qədəh içkini sevgilisinin üzərinə atıb.

Vəziyyət o həddə çatıb ki, restoranın təhlükəsizlik xidməti əməkdaşları cütlüyün davasına müdaxilə edərək onları küçəyə çıxarıb.
Məşhur cütlük hər kəsin gözü önündə dava etdi


Lakin bütün bunlara baxmayaraq bir neçə saat sonra sevgilisi ilə barışan Lindsi Lohan şəxsi İnstaqram səhifəsində birgə şəkillərini paylaşamağa başlayıb.

Cütlüyün dostlarının sözlərinə görə, bu onların ilk bu cür davası deyil. 30 yaşlı aktrisa 23 yaşlı sevgilsi ilə qısqanclıq zəmnində tez-tez dava edir.
Məşhur cütlük hər kəsin gözü önündə dava etdi
Hollivud aktrisasının adı ilk dəfə deyil ki, belə qalmaqallı hadisələrdə hallanır. Ötən il isə məşhur aktrisa Lindsi Lohan Moskvada restoranın zalında siqaret çəkmək istəyərkən qovulub.

Bildirilir ki, Lohana bu hərəkəti ilə qaydanı pozduğu izah edilib, çünki Moskvada ictimai yerlərdə siqaret çəkmək qadağandır.

Restorandan çıxan Lohan pərəstişkarları ilə üzləşib və aradan çıxmağa məcbur olub.
Məşhur cütlük hər kəsin gözü önündə dava etdi