» » Britni atasından icazəsiz pul xərcləyə bilmir

Britni atasından icazəsiz pul xərcləyə bilmir

Britni atasından icazəsiz pul xərcləyə bilmir
Britni atasından icazəsiz pul xərcləyə bilmir İldə 10 milyon dollardan çox qazanan müğənni Britni Spirs atasının himayəsində olmaqdan yorulub.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, o, milyonlar qazansa da, öz pulunu özü idarə etmək hüququna sahib deyil.

2008-ci ildə ifaçıda əsəb pozuntusu yaşanıb və o vaxtdan sonra Spirs atasının himayəsindədir. O, çətirlə dayanacaqda avtomobilləri vurandan, özünü vanna otağına qapadıb ordan çıxmaqdan imtina edəndən sonra məhkəmə Britninin nəzarət altına alınmasını tələb edib. Daha sonra ifaçı vəziyyətini bərpa etsə də, məhkəmədə hələ də qərar öz qüvvəsində qalır.

Las-Veqasda hər şousuna görə 250 min dollar alan Birtni 3 ildən sonra 35 milyon qazanacaq.
Britni pulunu atasının nəzarəti ilə xərcləməkdən yorulub və artıq azad olmaq istəyir.