» » Kənan və Sinem əsəbiləşdi: "Rahat buraxın, nəfəs alaq"

Kənan və Sinem əsəbiləşdi: "Rahat buraxın, nəfəs alaq"

Kənan və Sinem əsəbiləşdi: "Rahat buraxın, nəfəs alaq"
Kənan və Sinem əsəbiləşdi: "Rahat buraxın, nəfəs alaq"

Aktyor Kənan İmirzalıoğlu sevgilisi, aktrisa Sinem Koballa çıxdığı İstanbul gəzintisində fotolarının çəkilməsinə sərt etiraz edib.

Ucarliyiq.biz - in Türkiyə mediasına istinadən məlumatına görə, ondan bir gün əvvəl Sinemin avtomobilində görüntülənən cütlük paparassiləri görüncə narahat olublar. İmirzalıoğlu avtomobili kənara çəkərək fotoqraflara tərəf qışqırıb:

"Bəsdir artıq. Rahat buraxın, nəfəs alaq. Qeyri-adi nə var ki? İki subay adamıq. Mövzu məlum, münasibətimiz məlum. Avtomobildən düşüb evə gedəcəyik..."

Qeyd edək ki, bir neçə aydır birgə olan sevgililər nikahlarını rəsmiləşdirməyə hazırlaşırlar.