» » Prezidentin nazirdən çox maaş alan bərbəri

Prezidentin nazirdən çox maaş alan bərbəri

Prezidentin nazirdən çox maaş alan bərbəri

Fransa prezidenti Fransua Ollandın bərbəri ayda 10 min avroya yaxın maaş alır. ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Le Canard enchaine" jurnalı məlumat yayıb.

Mənbədən bildirilir ki, Olive.B adlı bərbərin-aylıq məvacibi 9.895 avro civarındadır. Bu, ölkə prezidentinin maaşından 5 min avro azdır.
Prezidentin nazirdən çox maaş alan bərbəri


Bərbərlə müqavilə 2012-ci ilin mayında Yelisey sarayında imzalanıb. Hesablamalara görə, 5 illik müqavilə Oliveyə 593.700 avro qazandıracaq. 

Yelisey sarayında bu məlumatlara hələlik heç cür şərh edilmir. Ollandın rəsmi aylıq gəliri 14 min 999 avro təşkil edir. Bərbər, həmçinin prezidentin bütün səfərlərində onunla birlikdə getməli və bütün məxfiliyi qoruyub saxlamalıdır.

Bərbərin vəkili Sara Levin deyib ki, bərbər bütün günü prezidentin sərəncamındadır. O, hətta uşaqlarının ad günlərində iştirak edə bilmir, övladları xəstələnib əməliyyat olunanda belə onlara baş çəkməyə vaxt tapmayıb.
Prezidentin nazirdən çox maaş alan bərbəri