» » Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi

Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi

Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi

Türkiyədə məşhur olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "İnstagram" səhifəsini bağlayıb. ucarliyiq.biz-in məlumatına görə, buna səbəb aktrisanın Nyu-Yorkda 3 polislə çəkilmiş fotosunun birmənalı qarşılanmaması olub.

Şəklin altında yazılan bütün sərt şərhlərdən sonra 33 yaşlı aktrisa onu tənqid edənlərə cavab verib.
Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi


"Dərin düşüncəli deyilsən.... İntelektual deyilsən...Tənqidçi deyilsən....Şair deyilsən... Sadəcə internetə girə bilirsən o qədər. Aid olduğunuz yerdə qalın. Yəni mənim fotolarımın altında!", - deyə onun tənqid edənlərə Nəsrin Cavadzadədən sərt cavab gəlib.

Lakin bir müddət sonra məşhur aktrisa hesabını bağlayıb.
Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi
Nəsrin Cavadzadə Nyu-Yorkda üç polis əməkdaşı ilə səmimi şəkil çəkdirib.

N. Cavadzadənin polis əməkdaşları ilə görüntüsü birmənalı qarşılanmayıb. Lakin aktrisanın bu fotosu son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirilib. 
Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi
Bir müddət əvvəl Türkiyənin “Kış güneşi” serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə paylaşdığı açıq-saçıq şəkilləri ilə özünə diqqət çəkib. 
Azərbaycanlı aktrisa tənqidlərə tab gətirə bilmədi
Aktrisa 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti kino və televiziya fakültəsinin məzunudur. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya "Qızıl Portağal" film festivalının ən yaxşı aktrisa mükafatına layiq görülüb.