» » Aktrisa əri haqqında danışdı: “Onu dəli hesab edirdim”

Aktrisa əri haqqında danışdı: “Onu dəli hesab edirdim”

Aktrisa əri haqqında danışdı: “Onu dəli hesab edirdim”
Aktrisa əri haqqında danışdı: “Onu dəli hesab edirdim”

Makiyajsız halda “Glamour” jurnalının üz qabığına çəkilən Mila Kunis bəzi qadınları anlamadığını deyib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, o, gündəlik makiyaj edən xanımlardan ola bilməyəcəyini deyib:

“Başa düşmürəm ki, qadınlar necə 30-40 dəqiqə əvvəl oyanıb makiyaj edirlər, göz qapaqlarını bəzəyirlər. Demirəm ki, bu yaxşı deyil, sadəcə belə olmağı bacarmaram”.

Hamilə olan aktrisa Eşton Katçerlə münasibətindən də danışıb:

“Mən Eştonla ailə qurmaqla doğru qərar qəbul etmişəm. 17 ildir ki, tanışıq. Elə vaxtlar var idi ki, mən Eştonu dəli hesab edirdim. O, şöhrət qazanmağa başlayanda gözümə çox lovğa və kobud görünürdü”.