» » Boksçu deputat uşaq verilişinin aparıcısı oldu

Boksçu deputat uşaq verilişinin aparıcısı oldu

Boksçu deputat uşaq verilişinin aparıcısı oldu

Peşəkar boks üzrə sabiq dünya çempionu Nikolay Valuyev NTV kanalında yayımlanan "Gecəniz xeyir, körpələr!" ("Спокойный ночи малыши") uşaq verlişinin aparıcısı olub. ucarliyiq.biz-in məlumatına görə, bu barədə “Vahid Rusiya” partiyasından Rusiya Dövlət Dumasının deputatı “Instagram” hesabında xəbər verib.

Keçmiş idmançı uşaq verlişinin məşhur personajları olan qarğa balası "Karkuşa" və dovşan "Stepaşka" ilə şəklini paylaşıb. Veriliş avqust ayından efirə çıxacaq.

"Nə vaxtsa öz sevimli verlişimin aparıcısı olacağımı ağlıma belə gətirə bilməzdim. Ona görə gecəniz xeyir, körpələr", - deyə Valuyev şəkli şərh edib. 
Boksçu deputat uşaq verilişinin aparıcısı oldu

Boksçu deputat uşaq verilişinin aparıcısı oldu


Nikolay Valuyevin artıq televiziya aparıcısı təcrübəsi var. Belə ki, 2013-cü ildə o iki ay ərzində Birinci kanalda "Fort Boyard" proqramını aparıb. Valuyev həmçinin "Kamennaya başka" , "Put", "Qaydalarsız döyüş" və bir çox filmlərdə çəkilib.

"Gecəniz xeyir, körpələr!" proqramı 1964-cü ildən yayımlanır. Verilişin aparacıları arasında  illüzionist Amayak Akopyan (Raxat Lukumıç), “Dünya gözəli-2002” Oksana Fyodorova, Nikita Mixalkovun böyük qızı aktrisa Anna Mixalkova, müğənni Dmitri Malikov, müğənni Valeriya, "İvanuşka International" qrupunun iştirakçısı Andrey Qriqoryev-Apollonov olub.