» » Handedən küsülü olduğu Hadisəyə jest

Handedən küsülü olduğu Hadisəyə jest

Handedən küsülü olduğu Hadisəyə jest
Handedən küsülü olduğu Hadisəyə jest

Müğənni Hande Yener və həmkarı Hadisə arasında küsülülük unudulur.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Hadisə Sinan Akçılla sevgili olduğu zaman onların arasını Hande vurmuşdu. Ondan sonra bir araya gəlməməyə çalışan ifaçılar bu il də çimərlik işində bir-birinə rəqib olmuşdular.

Lakin H.Yener dünən öz məkanında təşkil etdiyi partidə Hadisənin mahnılarını səsləndirərək hər kəsi təəccübləndirib. İndi Hadisənin bu jestə necə cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, keçən il H.Yener Hadisənin konsertinə getmiş, amma müğənni onun gəlişinə fikir verməmişdi.