» » "Bu qədər tərbiyəsizlik olmaz..."

"Bu qədər tərbiyəsizlik olmaz..."

"Bu qədər tərbiyəsizlik olmaz..."
"Bu qədər tərbiyəsizlik olmaz..." "Game of thrones" ("Taxt oyunları") serialı ilə tanınan Kit Harinqton Londonda yerləşən "Duke of York" teatrında tamaşaya qoyulan "Doktor Faust"dan rol alıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, mövsümün bağlanış gecəsində o, tamaşaçılarla selfi də çəkdirib. Lakin gecənin qonaqları sırasında olan prodüsser Riçard Cordan tamaşaçıları sərt tənqid edib:

"Bir cütlük "McDonalds"dan toyuq gətirib, biri isə çipsi... İnsanların nə yediyini dinləməkdən səhnədə danışılanları eşitmək olmur. Televiziya izləyicisi teatr tamaşalarına gələrsə, belə olar. Bu insanlar tamaşa zamanı danışmaqdan, səs-küylü şəkildə yeməkdən və telefonlarına cavab verməkdən çəkinmirlər. Bu qədər tərbiyəsizlik olmaz".

K.Harinqton isə tamaşaçıları müdafiə edərək deyib:

"Teatra gələn yeni nəslin nümayəndələri haqda belə danışsaq, teatr sənəti ölüb gedəcək. Uşaqlığımdann bəri teatra gedirəm. Öz tamaşamda da, tamaşaçılarımda da hörmətsizlik görməmişəm. 10 həftədə sadəcə bir dəfə telefon zəngi eşitmişəm. Təbii ki, fotolar çəkəcəklər, bundan qaçış yoxdur. Amma məncə bizim tamaşaçı son dərəcə şən, enerjili və həssasdır. Səhnədə bu qədər dəstəklənəcəyimi də heç gözləməzdim".

"Bu qədər tərbiyəsizlik olmaz..."