» » Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?

Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?

Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?

"Kral ailəsi bütün Böyük Britaniyalılar üçün nümunədir. Sülalənin üzvləri öz xalqı üçün nümunə olmalı və qüsursuz görünməlidir."

ucarliyiq.biz-in məlumatına görə, bu sözləri Böyük Britaniya Şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton jurnalistlərin suallarını cavablandırarkən deyib.
Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?


O, uşaqlarına məşhur brendlər geyindirməməsi ilə bağlı sualları cavablandırıb.

Xanım Middlton, bunun üçün jurnalistlərə beş səbəb açıqlayıb. Bildirib ki, ilk növbədə kral nəslinin nümayəndələri öz statuslarına uyğun geyinməli parlaq və cəlb edici geyimlərdən uzaq durmalıdırlar.

"Kral ailəsinin üzvləri nəsillərin adət və ənənələrinə sadiq qalmalıdır. Corc indi atasının uşaqlıqda geyindiyi kimi paltarlar geyinir. Bu həm gözəl həmdə çox təsirləndiricidir"-deyə Keyt Middlton səbəbləri sadalayarkən bildirib.
Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?
Daha sonrakı-3-cü səbəbi açıqlayan Keyt uşaqlarını təvazökar ruhda tərbiyə etdiklərini, Corc və Şarlottanın özlərini digər uşaqlardan üstün tutmasını istəmədiyini qeyd edib.
Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?


Keyt övladlarına daxili gözəlliyin mühüm olduğunu aşıladığını bildirib. "Kral ailəsinin üzvləri qarderobunun zənginliyi ilə deyil, daxili zənginliyi ilə seçilməlidir" - deyən Middlton hətta özünün bir paltarı bir neçə dəfə geyindiyini də xatırladıb.

Sonuncu səbəbi də açıqlayan Kral ailəsinin gəlini müxtəlif bahalı brendləri uşaqlarına geyindirməklə onları reklam etmək istəmədiyini söyləyib.
Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?
Şahzadə Uilyam və Keyt Middlton 2011-ci ilin aprelin 28-də evləniblər. Onların ilk övladı Corc 2013-cü ilin 22 iyulunda, qızları Şarlotta isə 2015-ci il mayın 2-də dünyaya göz açıblar. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, atası 33 yaşlı şahzadə Uilyam, qardaşı 2 yaşlı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir. 
Kral ailəsi varisləri niyə bahalı brendlər geyinmir?