» » Məşhur cütlüyün ayrılma səbəbi açıqlandı

Məşhur cütlüyün ayrılma səbəbi açıqlandı

Məşhur cütlüyün ayrılma səbəbi açıqlandı
Məşhur cütlüyün ayrılma səbəbi açıqlandı Məşhur ulduz Teylor Svift və Kelvin Harris bir aydan çoxdur ayrılıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, cütlüyün ayrılma səbəbi ilə bağlı söz-söhbətlər yayılıb.

Şayiələrə görə, Kelvinin yeni işıq üzü görən mahnısının müəllifi Teylordur. Müəllif kimi mahnının yanına onun yox, Naylz Soberqin adı yazılıb.

Sevgililər bu xəbərin yayılmayacağına görə bir-birinə söz verib. Svift Kelvinə mahnını Rihanna ilə duet şəklində oxumağı təklif edib. Harris isə belə bir duet istəmədiyini bildirib. Onun bu cavabı qarşı tərəfi özündən çıxarıb. Dava onları ayrılma həddinə gətirib.

Qeyd edək ki, Teylorun Harrisdən ayrılandan sonra Tom Hiddlstonla münasibətə başlaması xəbərləri yayılıb.