» » Erməni dayəyə görə boşanmaq istəyən cütlük barışdı

Erməni dayəyə görə boşanmaq istəyən cütlük barışdı

Erməni dayəyə görə boşanmaq istəyən cütlük barışdı
Erməni dayəyə görə boşanmaq istəyən cütlük barışdı

Keçən il 10 illik evliliklərini bitirmə qərarı verən Hollivudun məşhur cütlüyü Cennifer Qarner və Ben Afflek boşanmalarını təxirə salıblar.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, ailəyə yaxın bir insan onların ayrıla bilmədiklərini deyib:

"Cennifer xəyanətə görə boşanmada çox israrlı idi. Amma vəziyyət çox dəyişdi. O, Beni çox sevir. Əsas da uşaqları düşünür. Benə qalsa, heç vaxt ayrılmazlar, Cennifersiz o, heç kimdir. Amma qərarı aktrisa verəcək".

Uşaqlarıyla tətilə çıxan ikili bir müddət bu mövzunu arxa plana ataraq barışıblar.

Qeyd edək ki, onların ayrılma səbəbi kimi uşaqların 28 yaşlı, erməni əsilli dayəsi Kristine Ouzouinan göstərilir. İddialara görə, xəyanət edilən Cennifer aktyora bunu bağışlamayaraq boşanmaq istədiklərini demişdi.