» » 72 yaşlı ulduz 8-ci dəfə ata olacaq

72 yaşlı ulduz 8-ci dəfə ata olacaq

72 yaşlı ulduz 8-ci dəfə ata olacaq

Əfsanəvi "The Rolling Stones" rok-qrupunun lideri Mik Caqqer 8-ci dəfə ata olacaq. ucarliyiq.biz-in məlumatına görə, bu barədə xarici KİV-lər yazır. Məlumata görə, musiqiçinin 29 yaşlı sevgilisi Melani Hamrik hamilədir. Bu məlumatı Caqqerin nümayəndəsi də təsdiq edib. 

Gələcək ana "The Rolling Stones"un lideri ilə yaşamağı planlaşdırmır. O Los-Anceles və ya Konnektikuta köçmək istəyir ki, ailəsi ilə birgə olsun. 

72 yaşlı Mik Caqqer iki dəfə evli olub və onun dörd qadından yeddi övladı var. 
72 yaşlı ulduz 8-ci dəfə ata olacaq
İngiltərəli musiqiçi, bəstəkar Ser Maykl Filipp "Mik" Caqqer 1943-cü ildə anadan olub. 50 illik karyerası ərzində Caqqer rok-n-roll tarixində ən nüfuzlu və məşhur şəxs olub.