» » Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa həvalə olunub. ucarliyiq.biz-in məlumatına görə, heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb.

Bunun üçün o, Romaya dəvət edilib. Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.

Azərbaycanlı heykəltaraş Zeynalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professorudur. 
Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Roma Papasının bu ilin payızında Azərbaycana səfəri gözlənilir. Məlumata görə, səfər oktyabrın 2-də olacfaq. Bundan öncə isə o Gürcüstanda olacaq.