» » Tanınmışlar terrora üsyan etdi: "Bitsin bu vəhşilik"

Tanınmışlar terrora üsyan etdi: "Bitsin bu vəhşilik"

Tanınmışlar terrora üsyan etdi: "Bitsin bu vəhşilik"
Tanınmışlar terrora üsyan etdi: "Bitsin bu vəhşilik"

Fransanın Nitsa şəhərində ən azı 80 nəfərin ölməsi, 100-dən çox adamın yaralanması ilı nəticələnən terror hadisəsi məşhurların paylaşımlarında da təsir edib.

Ucarliyiq.biz - in məlumatına görə, ulduzlar terror hadisəsini pisləyən və kədərləndiklərini nümayiş etdirən paylaşımlar ediblər.

Mayli Sayrus:
"Öz sevgimi Nitsada yaxınlarını itirənlərə göndərirəm. Biz zorakılıq olmayan bir dünya üçün mübarizə aparmalıyıq".

Emi Şumer:
"Bəsdirin..."

Donald Tramp:
"Dualarım faciənin qurbanları və onların yaxınları üçündür".

Bleyk Şelton:
"Nitsada baş verənlərdən şokdayam. Bu yeni standartlar qəbuledilməzdir. Ağır qərarlar verməyin vaxtıdır".

Fazil Say:
"Terror məsum insanları vurmağa davam edir. Canilik, vəhşilik... Yük maşını ilə uşaqların, gənclərin üstündən keçiblər. Dünyadakı səhv siyasətin intiqamı müharibəyə çevrilir. Dünya bir dram yaşayır. Çarəsizcə xəbərləri izləyirik. İstər Qərbdə, istərsə də İslam dövlətlərində məsum xalq sülhdən uzaqlaşdırılır. İnsan irqi korlanır... Bəzən belə yazanlara rastlaşırıq ki, "sən mənim terroruma kədərlənmədin, mən də sənə kədərlənmərəm" yazırlar. Belələrindən utanıram..."

Sibel Can:
"Kədərin dili, dini, rəngi, irqi yoxdur. Yenə dünyanın başqa bir hissəsində məsum insanlar öldü".ü.

Gülben Ergen:
"İnsanlar öldürüldükcə insanlar ölür".

Atilla Taş:
"Hansı din, hansı inanc, hansı məqsəd buna haqq qazandırar və insanlar da sevinə bilər".