» » Türk aktyor yeni serialında fərqli obrazda olacaq

Türk aktyor yeni serialında fərqli obrazda olacaq

Türk aktyor yeni serialında fərqli obrazda olacaq
Türk aktyor yeni serialında fərqli obrazda olacaq

"Behzat Ç" serialı ilə məşhurlaşan Erdal Beşikçioğlu bu dəfə tamaşaçı qarşısına fərqli obrazda çıxacaq.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən mövsüm Star TV-də yayımlanan "Reaksiyon" serialının erkən final etməsindən sonra şirkət yeni serial çəkməyə hazırlaşır. E.Beşikçioğlunun baş rolda olacağı layihənin ssenarisini Emre Özdür və Başar Başaran yazacaq.

Psixoloji və həyəcanlı ssenarisi olan layihənin bir seriyası 60 dəqiqə olacaq və aktyor bir psixoloqu canlandıracaq. Hələ kanalı dəqiqləşməyən serial yeni mövsümdə ekranlarda olacaq.