» » "Morqu açdırıb, meyidini öpdüm"

"Morqu açdırıb, meyidini öpdüm"

"Morqu açdırıb, meyidini öpdüm"
"Morqu açdırıb, meyidini öpdüm" Jurnalist Vehbi Dinçcanın keçirdiyi əməliyyat nəticəsində vəfat etməsi Türkiyəni yasa boğub.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, xəbəri eşidən tanınmışlar xəstəxanaya axın ediblər. Onların arasında müğənni Bülənt Ərsoy da olub.

Tibb bacıları tez-tez ayaq üstə güclə dayanan sənətçinin təzyiqini ölçüblər. Dinçcanın ailəsinə başsağlığı verən B.Ərsoy morqda jurnalistin cəsədini öpdüyünü deyib:

“Vehbi bəy mənim üçün çox önəmli biri idi. Necə yaxşı insan olduğunu sözlərlə başa sala bilmərəm. Xəstəxananın morqunu açdırıb, onun meyidini öpüb-oxşadım. Daha əvvəl Zəki Mürənlə Osman Yağmurdərəlinin cəsədlərini də öpmüşdüm”.

"Morqu açdırıb, meyidini öpdüm"