» » "O hayat benim"də gözlənilməz ayrılıqlar

"O hayat benim"də gözlənilməz ayrılıqlar

"O hayat benim"də gözlənilməz ayrılıqlar
"O hayat benim"də gözlənilməz ayrılıqlar

"O hayat benim" serialının rejissoru Hamdi Alkan layihədən ayrılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, onun həyat yoldaşı Selen Görgüzel isə "Cevriye"ni canlandırmağa davam edəcək. H.Alkan yeni bir film çəkməyə hazırlaşdığı üçün serialdan ayrılmalı olub.

2014-cu ildə başlayan "O Hayat benim"dən daha əvvəl Yeşim Ceren Bozoğlu, Birgül Ulusoy və Esra Aronat kimi tanınmışlar ayrılmışdı.

Üç həftə əvvəl baş tutan mövsüm finalından sonra ekran işinin baş rol aktrisaları Ezgi Asaroğlu (Bahar) və Ahu Sunqurdan (Hülya) başqa Zerrin Sümerler (Qanimet) və Ayça Damğacının (Muzaffer) yeni seriyalarda olmayacağı bildirilib.