» » İki tankı ələ keçirən müğənni: "Anamla halallaşıb evdən çıxdım"

İki tankı ələ keçirən müğənni: "Anamla halallaşıb evdən çıxdım"

İki tankı ələ keçirən müğənni: "Anamla halallaşıb evdən çıxdım"
İki tankı ələ keçirən müğənni: "Anamla halallaşıb evdən çıxdım"

Türkiyədə hərbi çevrilişə cəhd gecəsi müğənni Nihat Doğan da küçədə qiyamçılara qarşı mübarizə aparanlardan olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, küçələrdən çəkdiyi videonu "Qiyamçı alçaqlara qarşı hər kəs küçələrə" qeydi ilə paylaşıb. Daha sonra isə N.Doğan xalqın qiyamçılara qarşı mübarizə aparan dəstələri ilə birlikdə iki tankı ələ keçirdiyini bildirib.

O, "camaatı küçələrə səslədiyim an "özün çıx" yazan alçaqlara deyirəm ki, biz onsuz da küçədə tankların üstündəydik" tvitini də yazıb. N.Doğan telefonla qoşulduğu verilişdə həmin gecə haqda danışıb:

"Evdən çıxarkən anamla halallaşdım. Dedim ki, "Bu Vətən üçün ölməyə hazıram.... Küçədə insnalarla bir yerdə iki tankı ələ keçirib üstünə çıxdıq".