» » Emin Ağalarov "Bakıya qaçır"

Emin Ağalarov "Bakıya qaçır"

Emin Ağalarov "Bakıya qaçır"

Tanınmış azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov  "Sbejim v Baku" ("Bakıya qaçaq") adlı rus dilində olan yeni trekini təqdim edib. ucarliyiq.biz-in məlumatına görə, müğənni bu mahnısını Bakıda keçirilmiş "Jara-2016" beynəlxalq festivalına həsr edib. 

Mahnıda müğənni Bakını təsvir edərək, onun Xəzər dənizi sahilində yerləşdiyini və qədim şəhərlərdən biri olduğunu vurğulayır. Mahnıda Bakının günəşdən və alovdan daha isti olduğu qeyd olunur.

Həmin treki də təqdim edirik:

Azərbaycanlı müğənni Rusiyada yaşasa da, tez-tez doğulduğu vətənə gələrək burada konsert verir və kliplər çəkdirir.
Emin Ağalarov "Bakıya qaçır"


Sonuncu dəfə o, paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə və Xəzər dənizinin sahilində “Ryadom Prosnutsya” ("Yanında oyanmaq") adlı mahnısına klip çəkib.

Emin klipin süjet xəttində pizza daşıyan “Vespa” markalı motosikleti oğurlayaraq tanış olduğu xanım ilə qaçan adamı canlandırır.

Emin Ağalarov - məşhur müğənni, biznesmen və bəstəkardır. O, 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb.

Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var. 

Emin Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb.