» » Ledi Qaqanı polis saxladı

Ledi Qaqanı polis saxladı

Ledi Qaqanı polis saxladı
Ledi Qaqanı polis saxladı Dünyaca məşhur ulduz Ledi Qaqanın sürücülük vəsiqəsi əlindən alına bilər.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, müğənni yol polisi tərəfindən saxlanılıb. Buna səbəb isə Qaqanın yeni maşınına nömrə nişanı almaması olub. Bu haqda ifaçı özü sosial şəbəkədə yazıb.

Bir həftə bundan əvvəl Qaqa sosial şəbəkədə sürücülük vəsiqəsi alması ilə bağlı şad xəbər paylaşmışdı. 30 yaşı olan sənətçi nəhayət avtomobilini özü idarə edə biləcəyi üçün sevinirdi.

Polislər yaxın günlərdə nömrə nişanı almasa, ifaçının sürücülük vəsiqəsinə əl qoyulacağını bildirib.

Sevgilisi Teylor Kinni ilə Los-Ancelesdə yaşayan Ledi şəxsi sürücü xidmətindən istifadə edirdi.

Ledi Qaqanı polis saxladı