» » Hamiləlik Alsunu dəyişib

Hamiləlik Alsunu dəyişib

Hamiləlik Alsunu dəyişib
Hamiləlik Alsunu dəyişib Sentyabrda üçüncü dəfə ana olmağa hazırlaşan müğənni Alsu hamiləlik ərəfəsində nələr etməsini sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb.

Ucarliyiq.biz - in Rusiya KİV-inə istinadən xəbərinə görə, ifaçı əsl qadın xoşbəxtliyinin sirlərini bölüşüb.

Həyat yoldaşı Abramovla romantik fotosunu paylaşan Alsu ona olan sevgisindən söz açıb:

"Əsas nə bağışlayıb və nə qədər əmək sərf etməyin deyil. əsas qəlbini ona nə qədər bağlayıb, onu nə qədər düşünməyindir. Çiynində nə qədər yükün olması vacib deyil. Vacib olan onun nəfəsini hiss edərək oyanmaq, diqqət və dözümdür, gecə onu qucaqlamaqdır. Əsas sevgi vermək və onu hiss etməkdir, qayğısına qalmaq və qayğı görməkdir. Sevgini almaq olmaz, onun həyatda analoqu yoxdur. Əgər o sizin həyatınıza gəlirsə, onu heç nəylə əvəzləmək olmaz".

İzləyiciləri üçüncü hamiləlik ərəfəsində Alsunun xasiyyətinin tamamilə dəyişdiyini yazıblar. Onun sevgi ilə bağlı tez-tez statuslar yazması diqqətdən qaçmayıb. O, eyni zamanda uzun müddətdir ara verdiyi rəssamlığına da geri qayıdıb.

Hamiləlik Alsunu dəyişib