» » "Kiralık aşk"ın qəhrəmanını yenə məhkəməyə verdi - 100 min istəyir

"Kiralık aşk"ın qəhrəmanını yenə məhkəməyə verdi - 100 min istəyir

"Kiralık aşk"ın qəhrəmanını yenə məhkəməyə verdi - 100 min istəyir
"Kiralık aşk"ın qəhrəmanını yenə məhkəməyə verdi - 100 min istəyir Keçmiş meneceri Başay Okay “Kiralık aşk”ın Defnesi, aktrisa Elçin Sanqunu məhkəməyə verib.

Ucarliyiq.biz - in Türkiyə KİV-inə istinadən xəbərinə görə, o, aktrisadan 100 min dollar təzminat istəyir.

Başak Elçinin 2015-ci il dekabrın 31-də natariusdan birtərəfli kağızı alaraq, “agentlik-sənətçi müqaviləsi”ni razılıqsız ləğv etdirib.

Aktrisaya bacısı kimi davrandığını deyən Okay onunla müqaviləni 2012-ci ildə imzaladıqlarını bildirib:

“Elçin Sanquya iş tapmaq üçün bütün əlaqələrimdən istifadə etdim. Onun imzaladığı bütün iş müqavilələrinə mən zamin dayandım. Ona aktrisalıq və kamera önündə davranmaq dərsləri verdim, onu çəkilişlər üçün hazırladım. Ona bacı kimi arxa-dayaq olub, gələn təkliflərə də onun yanında olmaq üçün “yox” dedim. Bütün bunlara baxmayaraq Elçin məndən icazə almadan başqa agentliklə görüşdü”.

Qeyd edək ki, başak bundan əvvəl də Elçini məhkəməyə vermiş, rol aldığı reklamlardan birinin qonorarından pay istəmişdi.