» » Məşhur cütlük 10 ildən sonra ayrıldı

Məşhur cütlük 10 ildən sonra ayrıldı

Məşhur cütlük 10 ildən sonra ayrıldı
Məşhur cütlük 10 ildən sonra ayrıldı

Qərb mediası daha bir məşhur cütlüyün ayrılması haqda xəbərlər yayıb.

Ucarliyiq.biz - in məlumatına görə, aktrisa Diana Kryuqer və həmkarı Coşua Cekson 10 illik sevgi münasibətlərindən sonra ayrılıblar. Bu haqda onların təmsilçiləri açıqlama yayıb:

"Diana Kryuqer və Coşua Cekson öz romantik əlaqələrini bitirməyə bə dost qalmağa qərar verdilər".

Kryuqer və Cekson həm Paris, həm də Vankuverdə yaşayırdılar. Eyni zamanda onları tez-tez Nyu-Yorkda görmək olurdu. Cütlük sonuncu dəfə fevralda Brodvey tamaşalarından birində birgə görünmüşdü.

Qeyd edək ki, 38 yaşlı Coşua ilə 40 yaşlı Diananın toy edəcəyi gözlənilirdi. Ancaq Diana müsahibələrinin birində demişdi ki, o, bir dəfə boşandıqdan sonra ikinci dəfə bu addımı atmağa tələsmir.

Xatırladaq ki, o, 25 yaşında fransız aktyor və rejissor Qiymova Kane ilə ailə qurub və 5 il birgə yaşayıb.